İlqar Qurbanov Azərbaycan millisində çalışacaq

Azərbaycan milli komandasının sabiq üzvü İlqar Qurbanovun yeni iş yeri məlum olub.

Komanda.az xəbər verir ki, 34 yaşlı keçmiş futbolçu millidə skaut kimi çalışacaq. Qurbanovla bir illik müqavilə imzalanıb.

Karyerası ərzində Azərbaycanda “Qəbələ”, “Qarabağ”, “Xəzər Lənkəran”, Türkiyədə “Sivasspor”, “Boluspor”, “Mersin İdmanyurdu” klublarında çıxış edən Qurbanov “Fənərbaxça”nın yetirməsi hesab olunur. İlqar Azərbaycan millisində 31 oyunda 1 qol vurub.

Qurbanovun son klubu “Sumqayıt” olub. (Report)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button