
Azərbaycan millisinin menecerinə beynəlxalq təyinat
Azərbaycan milli komandasının meneceri və AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb.
Komanda.az AFFA-ya istinadən xəbər verir ki, Avropa Liqasının pley-off mərhələsinın cavab oyunu çərçivəsində avqustun 29-da, Budapeşt şəhərindəki Ferensvaroş stadionunda keçiriləcək “Ferentsvaroş” (Macarıstan) – “Suduva” (Litva) oyununun UEFA nümayəndəsi Zaur Hacı-Məhərrəmov olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin