Vəli Qasımov Rusiya klublarındakı məvacibini açıqladı

Azərbaycan milli komandasının keçmiş futbolçusu Vəli Qasımov vaxtilə çıxış etdiyi Rusiyanın “Dinamo” və “Spartak” klublarındakı məvacibinin məbləğini açıqlayıb.

Komanda.az xəbər verir ki, bu barədə keçmiş hücumçu, “Championat” nəşrinin müxbiri Boqdan Qorbunova verdiyi müsahibə zamanı deyib:

“O vaxtlar maaşlar az idi, bonuslarla yaşayırdıq. “Spartak”dakı bonusum “Dinamo”dakından çox idi. “Spartak”da qələbə üçün 500 dollar, “Dinamo”da isə 250 dollar verirdilər. Ancaq hər iki klubdan aldığım maaş eyni idi. Təxminən 2-3 min rubl idi. Biz müasir futbolçular kimi çoxlu pul almırdıq”.

Vəli Qasımov 1992-ci ildə “Dinamo”nun heyətində Rusiya çempionatının bombardiri olub. Daha sonra İspaniya “Betis”inə keçən Qasımov, müxtəlif vaxtlarda “Albasete”, “Esixu”, “Vitoriya” və “İmortal” kimi klublarda çıxış edib.

Qasımov 1987-1991-ci illərdə “Neftçi”nin şərəfini qoruyub. Keçmiş hücumçu 14 dəfə də Azərbaycan millisinin formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button