Eddi İsrafilovu tənqid etdilər: “Meydanda hansı işi görür?”
Azərbaycan milli komandasının futbolçusu Eddi İsrafilovun formasını geyindiyi İspaniyanın “Albasete” klubu yerli mətbuat tərəfindən tənqid olunub.
Komanda.az xəbər verir ki, ispan jurnalistlər Sequnda təmsilçisinin futbolçularını tənqid ediblər:
“Bu komanda nə oynayırsa, heç kimə bəlli deyil. Onlar bu çıxışla liqanı tərk edəcəklər. Çempionatda belə futbol oynayan ikinci bir komanda yoxdur. Qapıçı Terea Nadal hər oyun qol buraxır. Digər oyunçular da nə etdiyini bilmir. Məsələn, Eddi İsrafilov meydanda hansı işi görür? Görünən odur ki, yeni baş məşqçi də komandanı düzəldə bilməyəcək”.
“Albasete” hazırda Sequndada 29 xalla 19-cu sıradadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin