“Polşada işləmək mənim üçün çox gözəl təcrübə olardı” – De Byazi
Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi açıqlama verib.
Komanda.az “sportowefakty.wp.pl” saytına istinadən xəbər verir ki, italyan mütəxəssis, 3 il əvvəl Polşa yığmasından təklif alması ilə bağlı danışıb:
“Bəli, təxminən üç il əvvəl Polşa Futbol Assosiasiyasının prezidenti Zbiqnev Boniek mənimlə əlaqə qurdu, ancaq sonra başqa məşqçi ilə razılaşdı. Albaniya yığmasından ayrıldıqdan sonra maraqlı təklif gözləyirdim. Güclü komanda götürmək, maraqlı futbolçularla işləmək istəyirdim.
Polşa Futbol Assosiasiyasından mənimlə əlaqə qurulanda sevinmişdim. Polşada işləmək mənim üçün çox gözəl təcrübə olardı. Lakin bunlar keçmişdə qaldı və bu haqda müzakirə etməyə ehtiyac yoxdur”.
De Byazi 2020-ci ilin yayından Azərbaycan yığmasına baş məşqçilik edir.
Bizi Facebook-da izləyin