Azərbaycan mətbuatında yazılanlar Valverdeni güldürdü

”Qarabağ” sabah UEFA Çempionlar Liqasının 3-cü turu çərçivəsində İspaniyada “Atletik”lə qarşılaşacaq.

Oyundan bir gün əvvəl Bilbao komandasının baş məşqçisi Ernesto Valverde mətbuat konfransında iştirak edib.

Komanda.az-ın mətbuat konfransında iştirak edən əməkdaşı Valverdeyə Azərbaycan mətbuatında tirajlanan məsələ ilə bağlı sual verib. Belə ki, Azərbaycan mətbuatında Valverdenin adından guya “Atletik”in futbolçularından “Qarabağ”la qarşılaşmada 9 qol vurmasını istədiyi yazılmışdı. İspaniyalı məşqçi bu suala gülərək cavab verib:

“Siz nə danışırsız? Müasir futbolda heç bir məşqçi komandasından 9 qol vurmağı istəyə bilməz. Mən sizin medianı tanımıram. Amma belə məlumata heç kim inanmaz”.

“Atletik” – “Qarabağ” oyunu oktyabrın 22-də keçiriləcək və saat 20:45-də başlayacaq.

Vüsal Qəmbərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button