Azərbaycan – Latviya matçının hakimləri açıqlandı
Azərbaycan və Latviya milli komandaları arasında keçiriləcək yoxlama oyununun təyinatları bəlli olub.
Komanda.az xəbər verir ki, oyunu Maltadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Trustin Farruqia Kanna laynsmanlar qismində Luke Portelli və Dunkan Sultana köməklik göstərəcək. Ehtiyat hakim Andrea Skiriha olacaq.
Martın 29-da Maltadakı Milli Stadionda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin