Azərbaycan kubokunun püşkü atıldı – 52 komanda
Bu gün futzal üzrə Azərbaycan kubokunun 2019/2020-ci il mövsümünün 1/32 final mərhələsinin püşkatma mərasimi keçirilib.
Komanda.az futzal federasiyasının saytına istinadən xəbər verir ki, Bakı İdman Sarayında baş tutan tədbirdə Birinci və İkinci liqa komandaları iştirak edib. Püşkə əsasən, 1/32 final mərhələsində bu liqaların komandaları bir-birinə rəqib olub.
Ölkə kubokunun cari mövsümündə ümumilikdə 52 komanda iştirak edəcək. Belə ki, Birinci və İkinci liqaların hər birindən 20, Yüksək Liqadan isə 10 komanda qalib adı uğrunda yarışacaq. Bu ildən təşkil edilən Naxçıvan Futzal Liqasından da iki klub mübarizəyə qoşulacaq. Yüksək Liqa və Naxçıvan təmsilçiləri yarışda 1/16 final mərhələsindən iştirak edəcəklər.
Futzal, Azərbaycan kuboku
1/32 final mərhələsinin cütlükləri:
AZZERS – Standard
NTD – AjaxBaku
Baker Tilly – ADBTİA
Təbriz – Forza Neftçi
Zülfüqar – Star kargo
Timsport – Red Line
Atletiko Baku – Metropoliten
Dalğa – Ulduz
Zirvə Bakı-2 – Baku Fans
Advokat – Rayyan MFK
Baker Hughes – AzMİU
Gənclik İK – U-19
Star karqo-2 – Qarabağ Füzuli
Baku Fire-3 – Yasamal İSK-2
Hövsan – Baku Fire-2
Bibi-Heybət – Xızı Yasamal
Bədr Xocalı – Zəngilan
Borçalı – Çinar Cəbrayıl
Altay – Zirvə Bakı
Emin spor – Veqa
Bu mərhələnin ilk oyunları gələn il yanvarın 10-da, 11-də və 12-də, cavab görüşləri isə yanvarın 17-də, 18-də və 19-da keçiriləcək. Daha sonra 1/16 final mərhələsinin püşkü atılacaq.
Bizi Facebook-da izləyin