Azərbaycan kubokunda 34-cü “lotereya”
Azərbaycan kubokunun 33 mövsümündə 34-cü dəfə qalib penaltilər seriyasında müəyyənləşib.
Komanda.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, kubokun 2024/2025 mövsümünün 1/8 final mərhələsidə baş tutan “Sabah” – “Turan Tovuz” matçında gerçəkləşib.
Paytaxt təmsilçisi Tovuz klubu ilə səfərdəki dueldən qalib ayrılıb – 2:2 (3:1, p.). Bu, həm də cari mövsümündə penaltilər seriyasına qədər uzanan ilk matçdır.
Əvvəlki 32 mövsümdə 33 dəfə qalib oyunsonrası “lotereya”da bəlli olub. Sonuncu belə oyunlar ötən mövsümün 1-ci təsnifat mərhələsində baş tutub. “Şahdağ Qusar” “Qusar”a (0:0, p. 5:4), “Şəfa” “Şəmkir”ə (1:1, p. 5:3) qalib gəlib.
Həm “Sabah”, həm “Turan Tovuz” ölkə kubokunda ilk dəfə penaltilər seriyasında qüvvəsini sınayıb.
Bizi Facebook-da izləyin