Azərbaycan kuboku: Yarımfinalda tamaşaçı rekordu

Azərbaycan kubokunda yarımfinal mərhələsinin oyunlarını 12600 tamaşaçı izləyib. “Neftçi” və “Turan Tovuz”un hər iki matçında eyni sayda – 5000 seyrçi olub. “Səbail”lə “Qəbələ”nin duellərində də iki dəfə eyni rəqəm qeydə alınıb – 1300 izləyici.

Komanda.az PFL-ə istinadən xəbər verir ki, yarımfinal matçlarında ümumi tamaşaçı sayı son 10 mövsümün mütləq rekordudur. Daha çox azarkeşə sonuncu dəfə 2012/13 mövsümünə təsadüf edib. Həmin vaxt bu raundun dörd görüşündə 16420 tamaşaçı olub. Bunun 10000 nəfəri bir qarşılaşmaya – “Xəzər Lənkəran” – “Bakı” duelinə şahidlik edib.

2008-ci ildən PFL bayrağı altında keçirilən kubokun yarımfinalları üçün ən yüksək tamaşaçı sayı 2010/11 mövsümünə məxsusdur. Həmin vaxt 4 qarşılaşmanı 21400 seyrçi izləyib.

Koronavirus pandemiyası üzündən 2019/20 mövsümündə yarımfinal baş tutmayıb, 2020/21 mövsümü tamaşaçısız keçirilib.

Son 15 mövsümün yarımfinalında tamaçaçı sayı:

2008/09 – 4500

2009/10 – 15400

2010/11 – 21400

2011/12 – 6000

2012/13 – 16420

2013/14 – 9000

2014/15 – 7400

2015/16 – 12316

2016/17 – 9600

2017/18 – 10900

2018/19 – 5900

2019/20 – –

2020/21 – –

2021/22 – 4700

2022/23 – 12600

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button