Kubok: “Şahdağ Qusar” qələbə qazandı, “Araz-Naxçıvan”a rəqib oldu

Futbol üzrə Azərbaycan kubokunda 2024/2025 mövsümünə start verilib.

Komanda.az xəbər verir ki, 1-ci təsnifat mərhələsinin ilk oyununda “Şahdağ Qusar” və “Kür-Araz” komandaları üz-üzə gəliblər.

Oyun Qusar komandasının qələbəsi ilə bitib – 3:1. Beləliklə, “Şahdağ Qusar” 2-ci təsnifat mərhələsində “Araz-Naxçıvan”a rəqib olub.

Günün digər görüşündə “Şəfa” və “Saatlı-Araz” komandaları münasibətlərə aydınlıq gətirəcək. “ASK Arena”dakı oyun saat 16:30-da başlayacaq.

1-ci təsnifat mərhələsinin digər matçları 13-14 oktyabrda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button