Azərbaycan kuboku: NTD 1/4 finala yüksəlib

Basketbol üzrə Azərbaycan kubokunda 1/8 final mərhələsinə start verilib.

Komanda.az xəbər verir ki, günün ilk oyununda “Lənkəran” NTD-ni qəbul edib. Qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 87:73. Beləliklə, NTD 1/4 finala vəsiqə qazanıb və “Şəki”yə rəqib olub.

Bu gün “Abşeron” – “Quba” görüşü 19:00-da start götürəcək. Bu raundun “Gəncə” – “Ordu” və “Sumqayıt” – “Neftçi” oyunları sabah təşkil olunacaq. “Naxçıvan”, “Sabah”, “Sərhədçi” və “Şəki” komandaları mübarizəyə 1/4 finaldan start verəcəklər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button