Azərbaycan komandalarının ÇL-dəki rəqibləri bəlli oldu

Bu gün minifutbol üzrə Çempionlar Liqasının püşkü atılıb.

Komanda.az xəbər verir ki, Azərbaycan komandaları “Birbaşa Bakı”, “Zirə” və “AzNur”un da rəqibləri bəlli olub.

“Birbaşa Bakı” “Red Star Belqrad” (Serbiya), “Portu” (Portuqaliya) və “Rımniku Vılça” (Rumıniya) komandaları ilə eyni qrupda yer alıb.

“Zirə” “Red Meat Afula” (İsrail), “MF 22 Jakmart Humenne” (Slovakiya) və “Budapeşt” (Macarıstan) klubları ilə qarşılaşacaq.

“Aznur”un rəqibləri isə “Almatı” (Qazaxıstan), “Oviedo” (İspaniya) və “Hoverla Zak Praqa” (Çexiya) kollektivləri olub.

Çempionlar Liqası sentyabrda Bolqarıstanın paytaxtı Sofiyada gerçəkləşəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button