Azərbaycan klubunun keçmiş baş məşqçisi vəfat etdi
“İnter”in (indiki “Şamaxı”) sabiq baş məşqçisi Anatoliy Konkov vəfat edib.
Komanda.az Ukrayna Futbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, ukraynalı mütəxəssis 76 yaşında vəfat edib.
Anatoliy Konkov 2004-2006-cı illərdə “İnter”in baş məşqçisi olub. Komanda onun rəhbərliyi altında 2004/05 mövsümündə Azərbaycan kubokunda final oynayıb.
O, futbolçu karyerası ərzində “Avanqard”, “Şaxtyor” və “Dinamo”da çıxış edib. Yarımmüdafiəçi mövqeyində çıxış etmiş Konkov SSRİ yığmasının heyətində 47 oyun keçirib və 8 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin