
Azərbaycan klubunda yeni məşqçi təyinatı
Bu ildən Azərbaycan Basketbol Liqasında mübarizə aparacaq “Ordu” klubunda yeni təyinat reallaşıb.
Klubdan Komanda.az-a verilən məlumata görə, Anar Hacıyev komandanın məşqçisi təyin olunub.
O, baş məşqçi Alberto Blankonun köməkçisi funksiyasını yerinə yetirəcək.
Anar Hacıyev son olaraq “Sərhədçi” klubunda və Azərbaycanın U-20 yığmasında köməkçi məşqçi kimi çalışıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin