Azərbaycan klubları dünya reytinqində irəliləyib
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
Komanda.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, 502 komandanın olduğu siyahıda Azərbaycan təmsilçilərindən 3-ü yer alıb.
Aktivində 139 xal olan “Qarabağ” 7 pillə irəliləyərək 78-ci olub.
“Neftçi” və “Zirə”nin də reytinqdə irəliləyişi müşahidə edilib. “Ağ-qaralar” 385-ci yerdən 290-cı pilləyə, “Zirə” isə 577-ci pillədən 478-ci yerə qədər yüksəlib. “Neftçi” 66,5, “Zirə” isə 50,25 xala malikdir.
İlk “3-lük”də “Flamenqo” (Braziliya – 299 xal), “Palmeyras” (Braziliya – 284) və “Liverpul” (İngiltərə – 273) qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin