Azərbaycan – Kipr matçının hakimləri açıqlandı
19 yaşadək futzalçılardan ibarət milli komandalar arasında ilk dəfə təşkil edilən Avropa çempionatında sabah mübarizəyə başlayacaq Azərbaycan yığmasının Kiprlə matçını idarə edəcək hakimlər müəyyənləşib.
Komanda.az xəbər verir ki, oyunun birinci hakimi Marko Rothenfluh (İsveçrə) olacaq. Digər xətdə isə bolqar İvo Tsenov yer alacaq. Oyunun üçüncü hakimi funksiyasını Damian Jaruçyeviç (Polşa) yerinə yetirəcək.
Kiprlə oyun sabah, Podçetrtek idman sarayında keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin