Azərbaycan karateçiləri Çində 2 medal qazanıblar

Azərbaycan karateçiləri Çinin Hanjou şəhərində keçirilən “Karate1 Premiyer Liqa”da iki bürünc medal qazanıblar.

Komanda.az xəbər verir ki, bu barədə Karate Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Nuran Rzazadə (67 kq) və Fərid Ağayev (75 kq) üçüncü yeri tutublar.

Yığma sözügedən yarışda baş məşqçi Şahin Atamovun rəhbərliyi altında iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button