Azərbaycan idmançısına xüsusi mükafat verildi

İsveçrənin Lozanna şəhərində Beynəlxalq Qılıncoynatma Federasiyasının (FIE) 100-cü Konqresi keçirilib.

Komanda.az xəbər verir ki, konqres çərçivəsində cari mövsüm 2 dünya kubokunun və 1 qran-prinin mərhələ yarışının qalibi, son Avropa çempionu, dünya çempionatının finalçısı olan Anna Baştaya qadın sablyaçıların şəxsi mübarizəsində dünya reytinqinin 1 nömrəsi olaraq xüsusi mükafat təqdim edilib.

Azərbaycandan daha öncə bu mükafata Yelena Jemayeva layiq görülüb.

Azərbaycan Qılıncoynatma Federasiyasını Konqresdə baş katib Vasif Məmmədov təmsil edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button