Azərbaycan idmançısı Olimpiadaya lisenziya qazandı

Azərbaycan atıcısı Ruslan Lunyov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Komanda.az xəbər verir ki, idmançımız Avropa çempionatında ikinci yeri tutmaqla buna nail olub.

O, Estoniyanın paytaxtı Tallində keçirilən qitə çempionatında 10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə yarışın gümüş medalını əldə edib.

Xatırladaq ki, Olimpiada 2024-cü il 26 iyul – 11 avqust tarixləri aralığında keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button