Azərbaycan idmançılarının 2021-ci ildə qazandıqları medal sayı bilindi

Azərbaycan idmançılarının 2021-ci il ərzində qitə və dünya çempionatlarında, kubok yarışlarında, qran-pri və digər nüfuzlu beynəlxalq yarışlarda qazandıqları medalların sayı açıqlanıb.

Komanda.az xəbər verir ki, bu barədə gənclər və idman nazirliyinin mətbuat xidməti məlumat yayıb. Xəbərdə, idmançıların bu il ümumilikdə 519 medal qazandıqları bildirilib.

Onlardan 227-si olimpiya (62 qızıl, 62 gümüş, 103 bürünc), 292-si isə qeyri-olimpiya (117 qızıl, 85 gümüş, 90 bürünc) növlərinin payına düşür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button