
Azərbaycan Həndbol Federasiyasının rəsmisi təyinat alıb
Azərbaycan Həndbol Federasiyasının (AHF) İdman şöbəsinin müdiri İsgəndər Əsgərov növbəti təyinat alıb.
Bu barədə Komanda.az-a AHF-nin mətbuat xidmətindən məlumat verilib.
Təcrübəli mütəxəssis kişi həndbolçular arasında AÇ-2026-nın seçmə mərhələsində Gürcüstan – Bosniya və Herseqovina oyununda Avropa Həndbol Federasiyasının nümayəndəsi olacaq.
Qarşılaşma martın 13-də Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



