Azərbaycan güləşçisindən AÇ-də bürünc medal
Güləş üzrə U-23 Avropa çempionatı davam edir.
Komanda.az xəbər verir ki, yarışın 4-cü günündə qadın güləşi üzrə 50, 55, 59, 68 və 76 kq-da qaliblər müəyyənləşib.
Şəhanə Nəzərova (50 kq) 1/4 finalda belaruslu Natalya Varakinaya (0:10), təsəlliverici görüşdə isə slovakiyalı Kristina Basixə (0:10) uduzub.
Gültəkin Şirinova (55 kq) təsnifat mərhələsində moldovalı Mihaela Samoilə 5:8 hesabıyla məğlub olub.
Ruzanna Məmmədova (59 kq) 1/4 finalda belaruslu Alesiya Hetmanavaya minimal fərqlə məğlub olub – 3:4. Ancaq 17 yaşlı güləşçimiz təsəlliverici görüşdə çexiyalı Anna Mixalkovaya, bürünc medal uğrunda qarşılaşmada isə rumıniyalı Ana Mariya Puiuya “tuş”la qalib gələrək debüt etdiyini U-23 Avropa çempionatında fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.
Bizi Facebook-da izləyin