Azərbaycan güləşçisi reytinq turnirində finala yüksəlib
Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov (63 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən reytinq turnirinə uğurlu start verib.
Komanda.az xəbər verir ki, idmançı sözügedən yarışda finaladək irəliləyə bilib.
İlk görüşdə uduzan Beka Kandelaki (130 kq) isə mübarizəni dayandırıb.
Daha əvvəl sərbəst güləşçilərdən Maqomedxan Maqomedov (97 kq) gümüş, Hacı Əliyev (65 kq) isə bürünc medal qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin