Azərbaycan güləşçilərininin Kaspiysk sınağı

Sabah Dağıstanın Kaspiysk şəhərində gənc yunan-Roma güləşçiləri arasında Surakat Asyatilovun xatirə turnirinə start veriləcək.

Komanda.az xəbər verir ki, aprelin 7-dək davam edəcək ənənəvi yarışda ölkəmizi gənclərdən ibarət yığmamızın böyük məşqçisi Nurəddin Rəcəbov və məşqçi Zöhrab Abbasovun rəhbərliyi altında Zaur Əliyev, Rəvan Rəcəbov (hər ikisi 55 kq), Zaur Nuriyev (63 kq), Ramin İsrayilov (67 kq), Cavid Miralayev (77 kq), Şirxan Quliyev (82 kq) və Sərxan Məmmədov (130 kq) təmsil edəcək.

Turnirdə beynəlxalq dərəcəli hakim Cəlal Bahadurov ədaləti qoruyacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button