Azərbaycan güləşçilərindən “Çempionlar” turnirinə uğurlu start
Türkiyənin Antalya şəhərində gənc güləşçilər arasında “Çempionlar” turniri start götürüb.
Komanda.az xəbər verir ki, yarışın 2-ci günündə ilk medalçılar müəyyənləşib.
Qızların mübarizəsində bütün rəqiblərinə qalib gələn Ceyla Nağızadə (65 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ayşən Yusifova (53 kq) isə bürünc medal qazanıb.
Sərbəst güləşçilərimizə gəlincə, Elmar Kazımov (70 kq) və Asxab Həmzətov (92 kq) yalnız finalda uduzaraq gümüş medalla kifayətləniblər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin