Azərbaycan güləşçiləri ənənəvi yarışda
Fevralın 1-3-də Türkiyənin İstanbul şəhərində yunan-Roma güləşi üzrə Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri keçiriləcək.
Komanda.az xəbər verir ki, ənənəvi yarışda baş məşqçi Şaban Donat və məşqçi Turac Hüseynlinin rəhbərliyi altında ölkəmizi Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Kamran Məmmədov, Elman Muxtarov (hər ikisi 67 kq), Rüstəm Əliyev (72 kq), Elvin Mürsəliyev, Rafiq Hüseynov (hər ikisi 82 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev (97 kq) və Oyani Nəzəriani (130 kq) təmsil edəcək.
Qeyd edək ki, II dərəcəli beynəlxalq hakim Vüqar Şükürov turnirdə ədaləti qoruyacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin