Azərbaycanlı məşqçi vəfat etdi
Azərbaycan güləş ictimaiyyəti ağır itki ilə üzləşib.
Komanda.az xəbər verir ki, yeniyetmə və gənc qızlardan ibarət Azərbaycan millisinin məşqçisi İsaməddin Hüseynov uzun sürən xəstəlikdən sonra 46 yaşında dünyasını dəyişib. Bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Sərbəst güləşçi kimi gənclər arasında MDB çempionu, eləcə də Azərbaycan çempionatının qalibi olan, xüsusən, qadın güləşinin inkişafında böyük pay sahibi olan Hüseynov uzun illərdi qızlardan ibarət yığmada məşqçi kimi fəaliyyət göstərirdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin