Azərbaycan gimnastları üçün Portuqaliyada iki sınaq

Aerobika gimnastikası üzrə Azərbaycan yığması Portuqaliyanın Kantanhede şəhərində keçiriləcək dünya kuboku və beynəlxalq turnirə qatılmaq üçün yola düşüb.

Komanda.az xəbər verir ki, Vladimir Dolmatov və Mədinə Mustafayeva dünya kubokunda qüvvələrini sınayacaqlar.

Martın 24-26-sı aralığında baş tutacaq yarışda idmançılar həm fərdi, həm də qarışıq cütlük proqramında çıxış edəcəklər.

Qadın gimnastlar isə martın 22-dən 26-dək eyni şəhərdə baş tutacaq beynəlxalq turnirə qatılacaqlar. Orada Aylin Quliyeva və Məryəm Topçubaşova yeniyetmələr arasında fərdi növdə, Dilarə Qurbanova, Sara Əlixanlı, Sənəm Kazımova gənclər arasında üçlük proqramında, Dilarə Qurbanova, Sara Əlixanlı gənclər arasında fərdi proqramda mübarizə aparacaqlar.

Hər iki yarışda milliyə Marian Kolev rəhbərlik edəcək.

Tünzalə Daşdəmirova isə beynəlxalq turnirdə hakim qismində Azərbaycanı təmsil edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button