Azərbaycan gimnastları üçün Portuqaliya sınağı
Azərbaycanın batut gimnastikası üzrə yığma komandasının üzvləri iyulun 4-də Portuqaliyanın Santarem şəhərində start götürəcək “Scalabis Cup”da iştirak edəcəklər.
Komanda.az xəbər verir ki, Bilal Qurbanov, Elnur Məmmədov, Hüseyn Abbasov, Aleksey Karataşov, Fərhad Mustafayev, Ammar Baxşaliyev, İbrahim Mustafazadə, Əli Niftəliyev, Nicat Mirzəyev, Mehdi Əliyev və Hüseyn Əsədullayev yarış üçün sözügedən ölkəyə yollanıb.
Qeyd edək ki, beynəlxalq turnirə iyulun 6-da yekun vurulacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin