Azərbaycan gimnastları Sankt-Peterburqda 4 medal qazanıb

Azərbaycan təmsilçiləri Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə “Dobrovolskiy” kubokunda 4 medal qazanıblar.

Azərbaycan Gimnastika Federasiyasından Komanda.az-a verilən məlumata görə, tamblinq proqramında Mixail Malkin bütün rəqiblərini üstələyib.

Adil Hacızadə və Aleksey Karataşov isə gümüş medal qazanıb.

Batut gimnastikasında sinxron proqram üzrə Ammar Baxşalıyev – Əli Niftalıyev cütlüyü bürünc medal əldə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button