“Azərbaycan futbolunda yaxşı pul var idi” – Alvaro Silva
“Xəzər Lənkəran”ın sabiq müdafiəçisi Alvaro Silva Azərbaycandakı karyerası barədə danışıb.
Komanda.az xəbər verir ki, ispaniyalı futbolçu ölkəsinin mətbuatına açıqlamasında bunları söyləyib:
“Azərbaycan ekzotik ölkədir. Orada çıxış etdiyim vaxt futbolda yaxşı pul var idi. Bu ölkəyə tez uyğunlaşdım. Klub paytaxt Bakıdan uzaqda məskunlaşsa da, şəraiti yaxşı idi. Onda Toni Doblas da “Xəzər Lənkəran”da çıxış edirdi. Komandanın baş məşqçisi isə Con Benjamin Toşak idi. Həmin kollektivlə Azərbaycan Super Kubokunu qazandıq”.
Qeyd edək ki, Alvaro Silva 2013/14 mövsümündə “Xəzər Lənkəran”ın formasını geyinib. Hazırda 37 yaşı olan sabiq futbolçu karyerasını 2019-cu ildə bitirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin