“Azərbaycan futbolu niyə bu gündədir” sualının ən böyük cavabı – FOTOLAR
Bir zamanlar bu stadionda Azərbaycan çempionatının ən maraqlı, ən dramatik oyunları keçirilirdi. Bu arenada azarkeşlərin səslərindən az qala qulaq tutulardı. İndi isə… nə “Xəzər Lənkəran” var, nə də onun üçün tribunaları dolduran minlərlə azarkeşləri. Əslində heç tribunalar da yoxdur. Hətta stadionun özü də…
Bu, 2004-cü ildə yaradılıb, 2016-cı ildə dağılan “Xəzər Lənkəran”ın ev oyunlarını keçirdiyi həmin məşhur “Fırtınalar meydanı”dır. Futbola, futbol adına hər şeyə bu cür münasibətin olduğu ölkənin milli komandalarından, klublarından, futbolçularından uğur gözləmək nə qədər məntiqlidir, buna da qoy “Xəzər Lənkəran”ı dağıdanlar, stadionunun bu gündə olmasında günahkar olanlar, Azərbaycan futboluna yiyəlik edənlər cavab versinlər.
Komanda.az
Bizi Facebook-da izləyin