
“Azərbaycan futbolu haqqında məlumatım var” – “Sumqayıt”ın yeni baş məşqçisi
“Sumqayıt”ın yeni baş məşqçisi Saşa İliçin mətbuat konfransı keçirilib.
Komanda.az xəbər verir ki, serbiyalı mütəxəssis təyinatı ilə bağlı danışıb:
“Klub nümayəndələri ilə Belqradda görüşümüz oldu. Daha sonra bir illik müqavilə bağladıq. Azərbaycan futbolu barədə bəzi məlumatları burada oynayan futbolçulardan almışam. Xüsusən də, serbiyalı və monteneqrolu oyunçulardan. Azərbaycan futbolu haqqında məlumatım var. Növbəti mövsümdə daha yaxşı nəticələr uğrunda mübarizə aparacağıq”.
“Sumqayıt” ötən gün İliçlə bir illik müqavilə bağlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin


