Azərbaycan – Ermənistan duelində 2-ci qələbə
Daha bir azərbaycanlı güləşçi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında Ermənistan təmsilçisini məğlub edib.
Komanda.az xəbər verir ki, 70 kq çəki dərəcəsində mübarizə aparan Ağahüseyn Mustafayev 1/4 finalda dünya və Avropa çempionu David Safaryana qalib gəlib. İlk hissəni 6:2 hesablı üstünlüklə tamamlayan Mustafayev, ikinci hissədə daha 6 xal qazanaraq, vaxtından əvvəl qələbə qazanıb.
Mustafayev yarımfinalda Çaba Vida (Macarıstan) – Nikolae Kojokaru (Böyük Britaniya) cütünün qalibi ilə üz-üzə gələcək.
Daha əvvəl Hacı Əliyev 1/8 final mərhələsində Ermənistanın digər təmsilçisi Vazgen Tevanyanı məğlubiyyətə uğradaraq 1/4 finalda rusiyalı Naçın Kuulara rəqib olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin