Azərbaycan cüdoçusu Antalyada çempion oldu

Antalyada keçirilən cüdo üzrə qran pri yarışı başa çatıb.

Komanda.az xəbər verir ki, beynəlxalq turnirin son günü Azərbaycan cüdoçuları daha 2 medal qazanıblar.

Qadınların yarışında ölkəmizi təmsil edən İrina Kindzerska (+78 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub. İrina Antalyada Monqolustan, İsrail, Rusiya və Braziliya cüdoçularını məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Cüdoçumuzun mükafatlandırma mərasimində Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov iştirak edib.

Kişi cüdoçular arasında mübarizə aparan Elmar Qasımov (-100 kq) yalnız bir görüşdə uduzaraq bürünc medala layiq görülüb. Elmar 3-cü yer uğrunda qarşılaşmada Misir idmançısı Ramazan Dərvişə qalib gəlib.

Beləliklə Azərbaycan cüdoçuları Türkiyədə baş tutan nüfuzlu yarışı 4 medalla (1 qızıl, 1 gümüş və 2 bürünc) başa vurublar.

Xatırladaq ki, əvvəlki yarış günlərində Rüstəm Orucov gümüş, Gültac Məmmədəliyeva bürünc medal qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button