Azərbaycan cüdoçularından Avropa kubokunda 6 medal

Polşanın Poznan şəhərində 15-16 aprel aralığında keçirilən gənclər arasında cüdo üzrə Avropa kuboku turnirində Azərbaycan cüdoçuları ümumilikdə 1 gümüş və 5 bürünc medala sahib olublar.

Komanda.az xəbər verir ki, turnirin ilk günündə Azərbaycan cüdoçuları 1 gümüş və 3 bürünc medal qazanıblar.

Yarışın ikinci günündə oğlanların mübarizəsində 90 kq çəkidə İsmayıl Zamanov və +100 kq çəkidə Kənan Nəsibov bürünc medal qazanıblar.

-81 kq çəkidə Ömər Rəcəbli və -90 kq çəkidə Əjdər Bağırov yarışı 5-ci yerdə tamamlayıb. Qızların mübarizəsində isə -48 kq Leyla Dəmirova yarışı 5-ci yerdə başa vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button