Azərbaycan cüdoçuları “bürünc” uğrunda görüşə çıxacaq
Azərbaycan cüdoçuları Niderlandın Haaqa şəhərində keçirilən Avropa çempionatının komanda yarışında bürünc medal uğrunda görüşə çıxacaq.
Komanda.az xəbər verir ki, rəqib Fransa seçməsi olacaq.
Daha əvvəl fərdi mübarizədə Nizami İmranov (60 kq) qızıl, Aydın Rzayev (66 kq) və Vüqar Talıbov (90 kq) gümüş, Aydan Vəliyeva (52 kq) isə bürünc medal qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin