Azərbaycan cüdoçuları “Böyük dəbilqə”yə qələbə ilə başladı

Bakıda cüdo üzrə “Böyük dəbilqə” turnirinə start verilib.

Komanda.az xəbər verir ki, Azərbaycanın daha iki cüdoçusu “Böyük dəbilqə”də mübarizəyə qoşulub. Yusif Əhmədov (60 kq) monqolustanlı Ariunbold Enxtayvanı məğlub edərək, 1/4 finala yüksəlib.

Qadınlardan isə 52 kq-da mübarizə aparan Zeynəb Məmmədova Almaniya təmsilçisi Annika Vurfelə qalib gəlib və 1/4 finala çıxıb.

Yarışda daha əvvəl 60 kq-da çıxış edən Balabəy Ağayev 1/8 finalda rusiyalı Damir Meremovla qarşılaşıb və rəqibinə ipponla qalib gələrək, növbəti mərhələyə adlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button