Azərbaycan cüdo ictimaiyyəti bəyanat yaydı

Azərbaycan cüdo ictimaiyyəti bəyanat yayıb.

Komanda.az Azərbaycan Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, bəyanatda deyilir:

Məlum olduğu kimi, Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın müddətdə davam edən təcavüzü və təxribatları nəticəsində ölkəmizin ərazisinin təqribən 20 faizi işğal edilmiş, 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.

Sentabrın 27-də Ermənistan silahlı qüvvələri yenidən genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Xain düşmənin təxribatı nəticəsində Azərbaycanın mülki əhalisi və hərbçilərimiz arasında həlak olanlar və yaralananlar var. Allah şəhidlərimizə rəhmət eləsin!

Beynəlxalq hüquq normalarını kobud surətdə pozan Ermənistanın növbəti silahlı təxribatı bütün Azərbaycan ictimaiyyəti kimi, biz cüdoçuların da böyük hiddətinə səbəb olub.

Artıq bütün dünya da bilir ki, tarixi ədalət və beynəlxalq hüquq bizim tərəfimizdədir. BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri, BMT Baş Assambleyasın 2006 və 2008-ci illərdə qəbul olunmuş “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamələri, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların müvafiq sənədləri ilə təsdiq olunan Ermənistanın işğalçılıq və təcavüzkar fəaliyyətləri davam etməkdədir.

Belə həssas zamanda, əzəli torpaqlarımızda Ermənistan tərəfinin təxribatlarının davam etdiyi bu çətin günlərdə biz cüdoçular, cüdo ictimaiyyətinin nümayəndələri,  Azərbaycan xalqını milli və dövlət maraqlarının qorunmasında həmrəylik nümayiş etdirməyə, rəsmi olmayan, dəqiqləşdirilməmiş məlumatlara inanmamağa, Ali Baş Komandanımızın, rəşadətli ordumuzun ətrafında sıx birləşməyə çağırırıq. 

Allah Azərbaycanı və Azərbaycan əsgərini qorusun!

Zəfər bizimlədir!”

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button