Azərbaycan çempionatının ilk yarısındakı oyunlarda azarkeş sayı məlum olub

Azərbaycan Premyer Liqasının 2024/2025 mövsümünün ilk yarısında keçirilmiş 90 oyunda 144 min 355 tamaşaçı qeydə alınıb.

Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, orta göstərici 1604-ə bərabər olub.

İlk 18 turun rekordu 10-cu turun “Neftçi” – “Qarabağ” matçında gerçəkləşib. “Neftçi Arena”ya 7069 seyrçi toplaşıb. Antirekord isə 11-ci turun “Araz-Naxçıvan” – “Zirə” görüşünə məxsusdur – 80 tamaşaçı.

Klubların ev oyunlarındakı orta göstəricidə “Turan Tovuz” böyük üstünlüyə malikdir. “Neftçi” ikinci, “Sumqayıt” üçüncüdür. Bu üç komanda ümumi orta göstəricidən yüksək nəticəyə sahibdir.

yerkomandaoyuntamaşaçıOrta
1Turan Tovuz9397004411
2Neftçi9219312437
3Sumqayıt9214502383
4Qarabağ9138201536
5Sabah9129041434
6Şamaxı998001089
7Kəpəz996501072
8Səbail96500722
9Zirə96400711
10Araz-Naxçıvan92200244
Cəmi901443551604
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button