Azərbaycan çempionatının bütün qalibləri müəyyənləşdi
Şağan Olimpiya İdman Kompleksində sərbəst və yunan-Roma güləşi üzrə ilk U-15 Azərbaycan çempionatı keçirilib.
Komanda.az xəbər verir ki, Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunan birinciliyin ilk günündə 38, 44, 52, 62 və 75 kq-da çıxış edən sərbəst güləşçilər mübarizə aparıb.
Yarışın 2-ci günündə sərbəst güləş üzrə son 5 çəkidə qaliblər müəyyənləşib.
Sərbəst güləşdə medalçılar arasında düşən idmançılar bunlardır:
38 kq
- Məhərrəm Rzayev (Gəncə)
- Kamal Əhmədov (Şirvan, Neftçi)
- Rəşid Nazarov (ROİL), Ruslan Əlizadə (Lənkəran)
41 kq
- Həsən Həsənov (Gəncə)
- Cəfər Cəfərov (ROİL)
- Elton Məmmədov (Gəncə), Abdullətif Musayev (Pəhləvan)
44 kq
- Muhamməd İsmayılov (MOİK)
- Hüseyn İsmayılov (Gəncə)
- Rusif İspərov (Lənkəran), Elgün Məmmədov (Gəncə)
48 kq
- Rəvan Rəhimli (Gəncə)
- Seyhun Əlizadə (Lənkəran)
- Rihat Cəfərov (Gəncə), İlqar Hüzüryani (Gəncə)
52 kq
- Hüseyn Hüseynov (Pəhləvan)
- Elcan İsmayılzadə (ROİL)
- Mülkalı Bakdəmirov (Qobustan), Nicat Həsənov (Təhsil)
57 kq
- Rəşad Veysəlov (Qəbələ)
- Yunis Gülmalıyev (Abşeron)
- Zidan Novruzov (Atasport), Məhəmməd Əsgərov (Qazax)
62 kq
- Məhəmməd Abbaszadə (UGİM-5, ROİL)
- Elçin Fərziyev (Lənkəran)
- Ülfət Məmmədov (Pəhləvan), Hüseyn Cəbiyev (Abşeron)
68 kq
- Fərid Cavadov (Gəncə)
- Nihad Səfərli (Cəlilabad)
- Rəhman Rzayev (Sərhədçi), Səməd Ləzgiyev (Qazax)
75 kq
- Şeyxəli Babazadə (DİN)
- İlqar Nəzərli (Abşeron)
- Rauf Ramaldanov (Pəhləvan), Əhməd Lələyev (Zaqatala)
85 kq
- Səid Paşayev (Pəhləvan)
- Namiq Ələsgərov (Şəmkir)
- Saməddin Babayev (Cəlilabad), Fərhad Süleymanov (Təhsil)
Yarışın 3-cü günündə yunan-Roma güləşi üzrə 5 çəkidə qaliblər müəyyənləşibsə, bu gün də ölkə çempionatına yekun vurulub. Medalçılar sırasında düşən idmançıların siyahısını təqdim edirik:
38 kq
- Əli Sucayev (Sumqayıt-Təhsil)
- Nicat İsgəndərli (Sumqayıt-Təhsil)
- Şahid Nəbiyev (ROİL), Ayxan Ağayev (Göyçay)
41 kq
- Turan Daşdəmirov (UGİM-10)
- Əli Nəzərov (Pəhləvan)
- Elçin Şəmiyev (Şuşa), Mehdi Əsgərli (Göyçay)
44 kq
- Əmrah Əmrahov (Masallı)
- Nihat Məhərrəmov (UGİM-2)
- Adil İsmayılov (Sumqayıt-Təhsil), Səid Qurbanzadə (MOİK)
48 kq
- Səyyad Nağızadə (ROİL-Sabirabad)
- Nicat Dadaşov (Neftçi)
- Nihat Tağıyev (Göyçay), Elşad Abbasov (UGİM-2)
52 kq
- Ayxan Cavadov (Abşeron)
- Hüseyn Ağayev (Lənkəran)
- Nadir Məhiyev (ROİL), Cavidan Mirzəlizadə (ROİL)
57 kq
- Yusif Əhmədli (ROİL)
- Ramal Əliyev (UGİM-2)
- Murad Balabəyov (ROİL-Sabirabad), Ülvi Dadaşov (Masallı)
62 kq
- Cavad Məmmədov (UGİM-9)
- Emil Abdullayev (UGİM-9)
- Mədət Rəhimov (Sumqayıt-Təhsil), Oruc İbrahimxəlilov (Göyçay)
68 kq
- Elnur Hüseynov (Sumqayıt)
- Ayxan Əliyev (ROİL)
- Fariz Qasımzadə (UGİM-5), Zaur Hüseynov (UGİM-10)
75 kq
- Orxan Hacıyev (Spartak-Lənkəran)
- Əli Mehdiyev (Sumqayıt-Zenit)
- Aqil Babazadə (Lənkəran), Aymir Rüstəmov (Şəmkir)
85 kq
- Fərhad Süleymanlı (Qusar)
- Şaban Gəncəyev (Balakən-Neftçi)
- Əli Bayramov (Sumqayıt-Təhsil), Fəxri Bəkirli (Göyçay)
İlk 3 yeri tutan güləşçilər Güləş Federasiyasının medalları, Gənclər və İdman Nazirliyinin diplomları ilə təltif edilib. Bundan başqa, çempionlara MOK-un xüsusi hədiyyələri təqdim olunub.
Çempionatda ilk 3 yeri tutan idmançılar sərbəst və yunan-Roma güləşi üzrə müvafiq milli komandalara cəlb olunub. Yığmalarımız iyulun 16-dan 19-dək Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək U-15 Avropa çempionatına hazırlıq məqsədilə təlim-məşq toplanışı keçəcək.
Bizi Facebook-da izləyin