Azərbaycan çempionatının 20 ən yaxşı bombardiri

Azərbaycan Premyer Liqasının 2020/21 mövsümünün ilk 13 turu ölkə çempionatları tarixinin ən yaxşı 20 bombardiri siyahısında dəyişikliklə nəticələnməyib.

Komanda.az xəbər verir ki, bu barədə PFL-in rəsmi saytı məlumat yayıb.

Buna səbəb ən çox qol vuran futbolçuların artıq karyerasını başa vurmasıdır. Ən məhsuldar oyunçular cədvəlinə Nazim Əliyev başçılıq edir. Onun hesabında 183 top var. İkinci sırada qərarlaşan Müşfiq Hüseynov 58 top az vurub. İlk “üçlüy”ü 116 dəfə fərqlənən Rövşən Əhmədov qapayır. Ümumilikdə 10 futbolçu 100 və daha çox qola imza atıb.

  1. Nazim Əliyev – 183
  2. Müşfiq Hüseynov – 125
  3. Rövşən Əhmədov – 116
    4-5. Qurban Qurbanov – 115
    Samir Ələkbərov – 115
  4. Alay Bəhramov – 108
  5. Nadir Nəbiyev – 103
    8-9. Xaqani Məmmədov – 102
    Vadim Vasilyev – 102
  6. Kənan Kərimov – 101
  7. Musa Qurbanov – 94
  8. Fazil Pərvərov – 89
  9. Samir Musayev – 88
    14-15. Fərrux İsmayılov – 85
    İmamyar Süleymanov – 85
  10. Samir Əliyev – 84
  11. İsmayıl Məmmədov – 76
  12. İlham Məmmədov – 74
  13. Azər İsayev – 73
  14. Paşa Əliyev – 72
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button