Azərbaycan çempionatında mövsümün rekordu qeydə alınıb
Azərbaycan çempionatında mövsümün rekordu qeydə alınıb.
Komanda.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, “Füzuli”nin futbolçusu Elvin Nəsibov bir oyunda 7 qol vurub.
O, 2-ci Liqanın 25-ci turunda, “Kürmük Qax”la ev matçında fərqlənib. Bu, mövsümün rekordu olsa da, ölkə çempionatları tarixində ilk belə hal deyil. Digər turnirləri nəzərə almasaq, təkcə Premyer Liqada iki futbolçu 7 qol vurmağı bacarıb.
Hər iki oyunçu buna “Kəpəz”in formasında nail olub. Fazil Pərvərov 1993/1994 mövsümündə “Avtomobilçi” ilə görüşdə (8:0) 7 dəfə fərqlənib. Üç il sonra – 1996/1997 mövsümündə Rövşən Əhmədov “Şəmkir” üzərində 14:2 hesablı qələbədə qolların yarısını vurub.
“Füzuli” – “Kürmük Qax” qarşılşaması meydan sahiblərinin 7:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Bizi Facebook-da izləyin