Azərbaycan çempionatına yekun vuruldu

Bu gün Memarlıq və İnşaat Universitetinin idman zalında qılıncoynatma üzrə Azərbaycan çempionatına yekun vurulub.

Komanda.az xəbər verir ki, yarışın son günündə qılıncoynatmanın şpaqa növü üzrə qaliblər müəyyənləşib.

Kişilərin yarışında Ruslan Həsənov çempion olubsa, Kənan Əliyev gümüş, Barat Quliyevlə Fərrux Səfərov bürünc medala sahib çıxıb.

Qadınların mübarizəsində isə Azərin İdriszadə hamıdan güclü olub. Nazilə Rəhimova gümüş medal qazanıbsa, Dilək Məmmədova və Xədicə Həsənli bürünc medal əldə edib.

Azərbaycan Qılıncoynatma Federasiyası ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən çempionatın mükafatçıları diplom və medallarla təltif olunub. Diplom və medalları mükafatçılara Azərbaycan Qılıncoynatma Federasiyasının vitse-prezidenti Fərhad Kasimov, baş katib Vasif Məmmədov və milli komandanın baş məşqçisi Çingiz Mustafayev təqdim edib. Milli Olimpiya Komitəsinin 30 illiyinə həsr olunan Azərbaycan çempionatınında ilk 3 yerin sahibləriə qiymətli hədiyyələr və pul mükafatları verilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button