Azərbaycan çempionatına start verildi

Bu gün Şağan Olimpiya İdman Kompleksində sərbəst və yunan-Roma güləşi üzrə ilk U-15 Azərbaycan çempionatına start verilib.

Komanda.az xəbər verir ki, Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunan birinciliyin ilk günündə 38, 44, 52, 62 və 75 kq-da çıxış edən sərbəst güləşçilər mübarizə aparıb.

Çempionatın açılış mərasimində çıxış edən Milli Olimpiya Komitəsinin İdman şöbəsinin əməkdaşı İntiqam Səfərov MOK-un 30 illik fəaliyyəti dövründə idmanda qazanılan uğurlardan danışıb. Öz növbəsində yarış iştirakçılarına uğurlar arzulayan Azərbaycan Güləş Federasiyasının baş katibi Nəsimi Musayev çempionatı açıq elan edib.

Daha sonra 5 çəki üzrə həlledici qarşılaşmalar keçirilib. İlk 3 yeri tutan güləşçilər Güləş Federasiyasının medalları, Gənclər və İdman Nazirliyinin diplomları ilə təltif edilib. Bundan başqa, çempionlara MOK-un xüsusi hədiyyələri təqdim olunub.

38 kq

  1. Məhərrəm Rzayev (Gəncə)
  2. Kamal Əhmədov (Şirvan, Neftçi)
  3. Rəşid Nazarov (ROİL), Ruslan Əlizadə (Lənkəran)

44 kq

  1. Muhamməd İsmayılov (MOİK)
  2. Hüseyn İsmayılov (Gəncə)
  3. Rusif İspərov (Lənkəran), Elgün Məmmədov (Gəncə)

52 kq

  1. Hüseyn Hüseynov (Pəhləvan)
  2. Elcan İsmayılzadə (ROİL)
  3. Mülkalı Bakdəmirov (Qobustan), Nicat Həsənov (Təhsil)

62 kq

  1. Məhəmməd Abbaszadə (UGİM-5, ROİL)
  2. Elçin Fərziyev (Lənkəran)
  3. Ülfət Məmmədov (Pəhləvan), Hüseyn Cəbiyev (Abşeron)

75 kq

  1. Şeyxəli Babazadə (DİN)
  2. İlqar Nəzərli (Abşeron)
  3. Rauf Ramaldanov (Pəhləvan), Əhməd Lələyev (Zaqatala)

Qeyd edək ki, iyunun 8-də sərbəst güləş üzrə digər 5 çəkidə qaliblər müəyyənləşəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button