Azərbaycan boksçusu ispaniyalı rəqibinə qalib gəldi

İtaliyanın Busto Arsizio şəhərində boks üzrə ilk Dünya Olimpiya Təsnifat Turniri davam edir.

Komanda.az xəbər verir ki, yarışın altıncı günündə Azərbaycan millisinin heyətində ilk olaraq rinqə Şəhla Allahverdiyeva çıxıb.

66 kq çəkidə mübarizə aparan boksçu 1/16 final mərhələsi çərçivəsində Mariana Soto Torres (İspaniya) ilə üz-üzə gəlib. Döyüş Allahverdiyevanın qələbəsi ilə başa çatıb. O, rəqibini 5:0 hesabı ilə məğlub edib.

Bununla da ardıcıl ikinci qələbəsini qazanan Şəhla 1/8 finala yüksəlib və Paris-2024 Yay Olimpiya Oyunları üçün lisenziyaya bir addım da yaxınlaşıb. Yığma üzvü üçüncü döyüşünə martın 9-da çıxacaq.

Qeyd edək ki, bu gün daha 2 boksçumuz qüvvəsini sınayacaq. Marjona Savriyeva (50 kq) Meylin Çala Susanla (Ekvador), Ümid Rüstəmov (57 kq) Bakari Hassanla (Keniya) döyüşəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button