Azərbaycan boksçusu beynəlxalq turnirin qalibi olub
Azərbaycan boksçusu Zidan Hümbətov Monteneqronun Budva şəhərində keçirilən gənclər arasında ənənəvi dünya kuboku statuslu “Adriatik incisi” beynəlxalq turnirinin qalibi olub.
Komanda.az xəbər verir ki, 51 kq çəkidə mübarizə aparan boksçu finalda rusiyalı Arseni Jiltsovu 3:2 (29:28, 30:27, 28:29, 28:29, 29:28) hesabı ilə məğlub edərək qızıl medala yiyələnib.
Millimizin heyətində Bilalhəbəşi Nəzərov (48 kq) finalda Tamta Briyeşlə (Hindistan) üz-üzə gəlib. Rəqibinə 2:3 (28:29, 27:30, 28:29, 29:28, 29:28) hesabı ilə məğlub olan yığma üzvü gümüş mükafatla kifayətlənib.
Yarışda 22 ölkədən 245 boksçu çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin