Azərbaycan boksçusu Avropa çempionu oldu

Azərbaycanın boksçusu Emili Rzayeva yeniyetmələr arasında Avropa çempionu olub.

Komanda.az xəbər verir ki, 70 kq çəki dərəcəsində mübarizə aparan idmançı bu uğura İtaliyanın Montesilvano şəhərində keçirilən qitə birinciliyində imza atıb.

Olqa Filipçuk (Ukrayna) və Gül Yılmaza (Türkiyə) qalib gələn Rzayeva finalda polşalı Yoanna Araszevska ilə qarşılaşıb. Təmsilçimiz döyüşdə 5:0 (29:28, 29:28, 29:28, 30:27, 29:28) hesabı ilə qalib gəlib. Qələbə qazanan boksçumuz Avropa birinciliyinin qızıl medalına yiyələnib.

Əvvəlki mərhələlərdə ardıcıl olaraq Mahur Marikyan (Ermənistan) və Silva Formelaya (Polşa) qalib gələn Nərmin Əlizadə (48 kq) isə finalda ingiltərəli Rubi Vaytla üz-üzə gəlib. Həlledici görüşdə rəqib qələbə qazandığından boksçumuz gümüş medala yiyələnib.

Nəticədə qız boksçulardan ibarət yığma komanda Avropa birinciliyini 1 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurub. Bir gün öncə isə Aynur Mikayılova (50 kq) 3-cü yeri tutub.

Beləliklə, 3 medal qazanan komanda Azərbaycan boks tarixdə yeni rekord vurub.

Qeyd edək ki, Avropa birinciliyində daha 2 oğlan boksçumuz final döyüşünə çıxacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button