Avropa çempionatı: azərbaycanlı boksçu yarımfinalda

Kənan Babayev Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında keçirilən Avropa birinciliyində növbəti döyüşünü keçirib.

Nazirliyin mətbuat xidmətindən Komanda.az-a verilən məlumata görə, ölkə çempionu 1/4 finalda Gürcüstanı təmsil edən Oruc Əhmədovla qarşılaşıb. 

İlk görüşündə türkiyəli Telet Yağlını mübarizədən kənarlaşdıran boksçu ikinci döyüşünü də aktivinə yazıb. 48 kq çəki dərəcəsində qüvvəsini sınayan Babayev rəqibinə 5:0 (29:28, 30:27, 29:28, 29:28, 29:28) hesabı ilə qalib gəlib. 

Kənan bu qələbə sayəsində yarımfinala yüksəlməklə yanaşı, özü üçün ən azı bürünc medalı da təmin edib. O, aprelin 20-də təşkil olunacaq 1/2 finalda irlandiyalı Tedi Coysla münasibətinə aydınlıq gətirəcək. 

Yarışda Azərbaycanın daha iki boksçusu 1/4 final döyüşünə çıxacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button